Qısa məzmun
Apar şirkəti Kontent və Sosial media mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Facebook, Instagram və TikTok hesablarının idarəsi
- Həftəlik və aylıq kontent planının hazırlanması və icrası
- Sosial media trendlərinin izlənməsi və tətbiqi
- Kreativ post, story və reels hazırlanması
- İzləyici artımı və aktivliyin təhlili, inkişaf planının təqdim edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Video çəkilişi, montajı, səs yazısı və redaktəsi bacarığı
- Canva, CapCut və oxşar proqramlarda işləmə təcrübəsi
- Sosial şəbəkə alətlərindən aktiv istifadə bacarığı
- Copywriting qabiliyyəti və kreativ yanaşma
- Azərbaycan dilində mükəmməl yazı bacarığı
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı
Biz nə təklif edirik?
- Şəhərin mərkəzində iş yeri
- Dinamik və yaradıcı komandada işləmək imkanı
- Şəhər həyatına təsir edən innovativ layihələrin bir hissəsi olmaq
- Apar velosiped və e-velosipedlərindən limitsiz istifadə imkanı 🚲
İş haqqında:
İş qrafiki: Həftənin 5 günü (09:00 – 18:00)
İş formatı: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Seçim tapşırığı:
- Namizəddən maksimum 30–40 saniyəlik Reels hazırlanması xahiş olunur. Mövzu sərbəstdir: mizahi, məlumat xarakterli, motivasiyaedici vəs istənilən formada ola bilər. Əsas şərt – Apar brendi ilə uyğun olsun. Video yaradıcı ideya, montaj keyfiyyəti və sosial media trendinə uyğunluq baxımından qiymətləndiriləcək.
Müraciət üçün:
Mövzu hissəsində “ Kontent və sosial media mütəxəssisi” qeyd edərək CV hr@apar.az ünvanına göndərin