Qısa məzmun
Improve Group İşə Qəbul üzrə Mütəxəssis (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətlərin vakansiyalarını qəbul etmək, tələbləri öyrənmək və uyğun namizədlərlə təmin etmək.
- Təcrübə proqramından məzun olan namizədlərlə əlaqəni qurmaq, müzakirələr aparmaq və işə qəbul prosesinin əvvəlindən sonuna qədər (ön görüşdən təklif mərhələsinə qədər) bütün mərhələləri idarə etmək, məqsədyönlü qərarlar qəbul etmək.
- Namizədlərin CV-lərinin təşkil olunması və yoxlanılması,müsahibələrə hazırlanmalarına köməklik göstərmək və inkişaf planlarının hazırlanmasını təmin etmək.
- CV-lərin ilkin seçim prosesini aparmaq və namizədləri tələblərə uyğun filtrləmək.
- İlkin müsahibələr keçirmək və ən uyğun namizədləri müştəri şirkətə yönləndirmək.
- Məzunları və digər namizədləri uyğun vakansiyalar üzrə şirkətlərə yönləndirmək, onların CV-lərini təqdim etmək və tərəflər arasında effektiv əlaqə yaratmaq.
- Namizədlərin peşə bacarıqlarını, iş təcrübəsini və uyğunluğunu qiymətləndirmək.
- Namizədlərin texniki bacarıqlarını, şəxsi keyfiyyətlərini, motivasiya səviyyəsini və şirkət mədəniyyətinə uyğunluğunu qiymətləndirmək üçün obyektiv metodlar və vasitələr tətbiq etmək.
- İşçi təminatı və məşğulluq göstəriciləri üzrə həftəlik/aylıq hesabatlar hazırlamaq.
- İşə qəbul proseslərinin effektivliyini daim artırmaq üçün təhlillər aparmaq və optimallaşdırma təklifləri hazırlamaq.
- Şirkətlərlə möhkəm və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq və qorumaq.
- İşə qəbul prosesləri vasitəsilə şirkətlərin iş bazarında kadr strategiyasının inkişafına və təkmilləşdirilməsinə töhfə vermək.
- Bütün seçim və işə qəbul proseslərini məxfilik prinsiplərinə uyğun aparmaq.
Namizədə Tələblər:
- İnsan Resursları, Psixologiya,Biznesin İdarəedilməsi və ya digər müvafiq sahələr üzrə ali təhsil.
- İşə qəbul, HR və ya kadr təminatı üzrə minimum 2–3 il təcrübə.
- Müsahibə aparmaq, namizədlərin potensialını qiymətləndirmək bacarığı.
- Azərbaycan dilində səlis, rus və ingilis dillərindən birini bilməsi arzuolunandır.
- Məsuliyyətli, proaktiv və hədəf yönümlü yanaşma.
- İş elanları hazırlamaq və müvafiq kanallarda yerləşdirmək bacarığı.
- Yazışma etikası və peşəkar e-poçt üslubu.
- Namizədlərlə və şirkətlərlə iş əlaqələri qurmaq.
- İş bazarını və vakansiya tələblərini təhlil etmək.
- Yüksək ünsiyyət və analitik bacarıqlar.
- Kompüter bilikləri: MS Office, LinkedIn Recruiter, iş elan saytları ilə işləmə bacarığı.
- Komandada və müstəqil işləmə bacarığı.
İş şəraiti haqqında:
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 800-1000 (sabit) + hər uğurlu işçi təminatına görə əlavə bonus sistemi.
- İş mühiti: İnkişafetdirici və sağlam ünsiyyət.
- İş qrafiki: 6 günlük iş həftəsi.
- İş saatı: 09:00 – 18:00.
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İşə Qəbul üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
İşə qəbul üzrə mütəxəssis
BERC GROUP İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Ofis İşləri üzrə ƏməliyyatçıSiyəzən Broyler MMC Ofis İşləri üzrə Əməliyyatçı üzrə vakansiya elan edir. ...