Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Təmiz Şəhər Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Rəhbərliyə təqdim olunacaq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında aidiyyəti zəruri məlumatları toplamaq;
  • Aylıq, rüblük və illik hesabatları MHBS (IFRS) standartlarına uyğun tərtib etmək;
  • Təşkilatın digər şöbələri ilə əməkdaşlıq edərək məlumat toplamaq;
  • Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
  • Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlilini həyata keçirərək səbəblərinin araşdırılması;
  • Büdcə prosesi üçün lazım olan dövri məlumatların müqayisəli təhlilini aparmaq və fərqləri aşkara çıxarmaq;
  • Büdcənin hazırlanması üçün aparılan müxabirləşmələrin yoxlanılması.
  • Audit prosesinin vaxtında bitirilməsi üçün bütün lazımi məlumatların və sorğuların cavablandırılması;
  • Tabe olduğu rəhbəri tərəfindən şöbənin fəaliyyətinə və iş bölgüsünə əsasən vəzifə funksiyaları əlaqəli verilən digər göstəriş və tapşırıqların icrasını təmin edir.

Xüsusi tələblər:

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit üzrə bakalavr dərəcəsi;
  • ACCA F3 və F7 dərəcələrinə malik olmaq;
  • Müvafiq sahədə 3 ilə qədər iş təcrübəsi;
  • MS Office (mükəmməl səviyyədə excel bilikləri), 1C, SAP proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis dili və rus dili bilikləri orta səviyyədə;
  • Tapşırıqları sürətli yerinə yetirə bilmə və mükəmməl analitik bacarıqları;

Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı