Qısa məzmun
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır.
Tələblər:
- Təcrübə: İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Peşəkar ünsiyyət qurma bacarığı;
- Yüksək səviyyədə təqdimat bacarığı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Aktiv və komandada işləmək bacarığı;
- Çox saylı tapşırıqları idarə edə bilən.
Vəzifə öhdəlikləri:
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
- İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
- İşə qəbul üzrə statistikanın və analitikanın təşkili;
- Əmək yarmarkalarının təşkili və koordinasiyası.
İş şəraiti:
İş qrafiki: Tam iş günü
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Əmək haqqı: 800-1000 AZN (Gross) – (başlanğıc olaraq nəzərdə tutulmuşdur, bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1000 — 1500 ₼
İnsan Resursları üzrə mütəxəssisNYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...