Qısa məzmun
FORTİS GROUP MMC Aparıcı mühasib vakansiyası elan edir.
Aparıcı mühasib
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- Unity Logo, MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
- Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
- Vergi Məcəlləsinin tətbiq edilməsində kifayət qədər təcrübəsi olmalı;
- PMS arzuolunandır;
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
- Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin, əsas vəsaitlərin uçotunu aparılmasının və xərclər smetasının hazırlanmasının təmin edilməsi;
- Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
- Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
- Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
- Maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsinin təmin edilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Logo proqram təminatında əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə, Logo proqram təminatında maliyyə hesabatlarının hazırlanması;
- Yeni tətbiq olunacaq modulların test olunması;
- Yeni modulların implementasiyası və istifadəçilərə təlimlərin verilməsi.
- Logo proqram təminatında proqramlaşdırma və dəstək işlərinin görülməsi;
- Yeni proyektlərin analizi və buna uyğun olaraq texniki tapşırıqların yazılması;
- Logo proqram təminatından istifadə edən istifadəçilərə rəhbərlik tərəfindən müəyyən edilmiş yeni istifadəçi səlahiyyətlərinin verilməsi və ya alınması;
- Logo proqram təminatında çıxan problemlərin təhlili və həlli;
- Logo proqram təminatı istifadəçilərinin yeni istəklərinin təhlili və mümkün həlli;
- Logo proqram təminatı üzrə məlumatların sistemə daxil olunması;
- Logo proqram təminatında hesabat və çap formalarının hazırlanması;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
- Korporativ nömrə ilə təmin edilir.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Aparıcı mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...