Qısa məzmun
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Vergi (ƏDV, Mənfəət, ÖMV, SV), DSMF və Statistika hesabatlarının hazırlanması;
- Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin dəqiq hesablanılmasını və vaxtında ödənilməsini təmin etmək;
- Debitor və kreditor borclarına nəzarət edilməsi, üzləşmə aparılaraq akt tərtib olunması;
- Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
- Bank və kassa əməliyyatlarının icrası;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişlərinin icrası;
- Baş vermiş əməliyyatların 1C proqramına daxil edilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında hesabatların hazırlanması;
- Mal-material ehtiyyatlarının və əsas vəsaitlərin dəqiq uçotunun aparılması;
- Mühasiblərin işinə nəzarət etmək.
Namizədə tələblər:
- Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il;
- 1C proqramı ilə iş təcrübəsi;
- Peşəkar Mühasib Sertifikatı;
- Analitik təhlil etmək qabiliyyəti;
- Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
- Məsuliyyət və dəqiqlik.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...