Qısa məzmun
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir.
3D + motion video + qrafik dizayn bacarıqları olan təcrübəli komanda yoldaşı axtarırıq!
Brain Solutions – proqram təminatı hazırlanması və machine learning sahəsində yenilik və mükəmməlliyə sadiq, irəlini düşünən texnoloji şirkətidir. Hazırda komandamıza qoşulmaq üçün peşəkar 3D dizayner axtarırıq!
Vəzifələr:
- 3D modellərin və animasiyaların yaradılması
- Vizuallaşdırma və render proseslərinin idarə edilməsi
- Qrafik dizayn işlərinin icrası (təqdimatlar, bannerlər, posterlər, sosial media postları və s.)
- Layihələrin tələblərinə uyğun olaraq kreativ həllər təqdim etmək
- Komandada digər dizaynerlər və marketinq mütəxəssisləri ilə əməkdaşlıq
Tələblər:
- 3D modelləşdirmə və animasiya sahəsində təcrübə (Maya, Blender və ya digər oxşar proqramlarda)
- Qrafik dizayn bacarıqları (Adobe Photoshop, Illustrator və ya digər qrafik proqramlarda)
- Yaradıcı düşüncə və yüksək detallara diqqət
- Mükəmməl vizual anlayış və rəng qamması üzrə biliklər
- Müxtəlif layihələr üzrə təcrübə və portfolionun təqdim edilməsi
- Komanda ilə effektiv iş bacarığı və vaxtın idarə edilməsi bacarıqlarıSahə üzrə iş təcrübəsi:
- 3D sahəsi üzrə ən azı 2 il stabil təcrübə
- Keyfiyyətli portfolionun olması
Əmək şərtləri:
- 5 günlük 8 saatlıq iş rejimi
- İş yeri: Çinar Park / Globus Centre biznes Mərkəzi
- Əmək haqqı müsahibə əsasında danışılacaq. Namizədlər maaş gözləntilərini məktubda qeyd edə bilərlər.
Maraqlanan namizədlərdən xahiş olunur ki, məktubun mövzu hissəsində 3D dizayner vakansiyasını qeyd etməklə CV-lərini cv@brain.az ünvanına göndərsinlər.