Qısa məzmun
Novator HRC MMC Texniki işçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Sabun və salfetka aparatlarının, dozaj cihazlarının quraşdırılması və texniki baxımı.
- Müştərilərə avadanlıqla bağlı ilkin təlimat və texniki dəstəyin göstərilməsi.
- Avadanlıq nasazlıqlarının aradan qaldırılması və profilaktik texniki xidmətin həyata keçirilməsi.
- İş prosesi zamanı şirkətin təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi.
Tələblər:
- Texniki sahədə təcrübə və ya müvafiq təhsil (texniki peşə və ya ali təhsil).
- Cihazların quraşdırılması və təmir işlərində təcrübə üstünlükdür.
- Elektrik və ya mexaniki avadanlıqla işləmə bacarığı.
- Problemləri həll etmə və texniki nasazlıqları sürətli aradan qaldırma qabiliyyəti.
- Komandada işləmə və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı.
- Fiziki sağlamlıq və səyahət etmə imkanları.
Şəxsi avtomobilin olması mütləqdir.
Yanacaq, nahar və parking ödənişləri şirkət tərəfindən qarşılanır.
İş Şəraiti:
- Həftəlik 6 iş günü, iş saatları.
- Əmək haqqı başlanğıc olaraq 700-800 azn.
- Rəsmi əmək müqaviləsi və sosial təminat.
- Peşəkar inkişaf üçün təlim və seminarlar.
Əlaqə üçün: 051-229-23-18
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Texniki işçi” qeyd etməklə hr@novatorhrc.com elektron ünvanına göndərə bilərlər.