Müştəri təmsilçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Esen Tekstil Müştəri təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin məqsədi:

Müştəri təmsilçisinin əsas vəzifəsi – Tekstil sahəsində biliklərin olması, şirkətlə müştəri arasında effektiv, nəzakətli və həssas ünsiyyət qurmaq, sorğuları cavablandırmaq, xidmət keyfiyyətini qorumaq və müştəri məmnuniyyətini təmin etməkdirO, həmçinin müştəri problemlərinin operativ şəkildə həllinə dəstək olmalı və şirkətin xidmət səviyyəsini daima yüksəltməlidir.

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərdən gələn zənglərə, e-maillərə və onlayn sorğulara vaxtında və nəzakətlə cavab vermək
  • Müştərilərə məhsul və xidmətlər barədə dəqiq və ətraflı məlumat təqdim etmək
  • Şikayət və narazılıqları dinləmək, səbəbini təhlil etmək və düzgün yönləndirmə aparmaq
  • Müştəri sorğularını daxili sistemlərə düzgün şəkildə daxil etmək və izləmək
  • Lazım olduqda aidiyyəti şöbələrlə koordinasiyalı işləyərək müştəriyə cavabın çatdırılmasını təmin etmək
  • Müştəri məmnuniyyəti ilə bağlı rəy toplamaq və təkmilləşdirmə təklifləri vermək
  • Proseslərin gedişatında və sona çatdırılmasında fəal iştirakı və nəzarəti tamamlamaq.
  • Xidmət standartlarına və etik davranış qaydalarına uyğun fəaliyyət göstərmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Tekstil sahəsində və müştəri xidmətləri sahəsində minimum 3 il təcrübə
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, Rus və İngilis dili biliyi üstünlükdür
  • Gülərüzlük, nəzakət, diqqətlilik və dinləmə bacarığı
  • Stressə davamlılıq və eyni anda çoxsaylı sorğularla işləmə qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • CRM proqramında işləmə bacarığı
  • Yüksək məsuliyyət və peşə etikası

İş şəraiti

  • İş yeri: Abşeron rayonu yeni Saray yolu 1.5km
  • İş rejimi: Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında
  • İş rejimi: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00 – 18:00), nahar və nəqliyyat şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlərdən CV-lərini PDF formatındamövzu sətrində “Müştəri təmsilçisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600₼
Animator-Kuryer

Əmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

700 — 800 ₼
1C Operator

Aznet Technologies QSC 1C Operator Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

13.08.2025 - Bakı