Analitika bölmə müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

OBA marketlər şəbəkəsi Analitika bölmə müdiri vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Mağaza, satış və bölgə müdirləri üzrə P&L hesabatlarının hazırlanmasına nəzarət etmək və effektivliyini artırmaq
  • Mağaza performanslarını təhlil etmək, ardıcıl neqativ nəticələr göstərən mağazalar üzrə analiz və hesabatlar hazırlamaq
  • Satış müdirlərindən daxil olan məlumatları təqib etmək və müvafiq qərarların icrasını izləmək
  • İnvestisiya komitəsində iştirak etmək və analitik hesabatları təqdim etmək
  • İllik büdcənin hazırlanmasında iştirak etmək və aidiyyəti strukturlarla əməkdaşlıq etmək
  • Aylıq büdcə icrasını izləmək və kənarlaşmaları təhlil etmək
  • Günlük satış hesabatlarının hazırlanmasına nəzarət etmək və aidiyyəti şəxslərə təqdim olunmasını təmin etmək
  • Aylıq satış planlarının bölgüsünü həyata keçirmək
  • Mağaza, şöbə və satınalma üzrə çarpaz və keyfiyyət analizlərini hazırlamaq və təqdim etmək
  • Xərclərdə trendlərə əsaslanan kənarlaşmaları araşdırmaq və problemi aradan qaldırmaq üçün tədbirlər görmək
  • Yeni mağazaların investisiya göstəriciləri ilə müqayisəli analizini aparmaq və ilkin proqnozlardan kənarlaşma hallarında səbəbləri müəyyənləşdirmək

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, analitika və ya uyğun sahələr üzrə);
  • Təcrübə: Maliyyə analitikası, satış və büdcə planlaması sahəsində minimum 3 il təcrübə;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmək bacarığı
  • Beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür);
  • Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı (üstünlükdür);
  • Güclü analitik düşüncə və dəqiqlik;
  • Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya

Əlavə təminatlar:

  • Nahar təminatı;
  • Servis xidməti;
  • Korporativ nömrə və danışıq limiti
  • İş qrafiki: İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Analitika bölmə müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı