Senior PR & Brand Influence Lead
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Design Academy Senior PR & Brand Influence Lead vəzifəsi üzrə vakansiya elan edir.

Brend tanınırlığını artıracaq layihələrin, media əməkdaşlıqlarının və strateji kommunikasiya təşəbbüslərinin idarə olunması

Vəzifə öhdəlikləri

  • BDA-nın hekayəsini maraqlı, ilhamverici və strateji formada çatdıracaq PR strategiyasının qurulmasında iştirak etmək və icra etmək.
  • Yerli və beynəlxalq tərəfdaşlarla (şirkətlər, media, təşkilatlar) birlikdə PR kampaniyaları və yaradıcı layihələr həyata keçirmək.
  • Tədbirlər, forumlar, yarışmalar və qlobal səviyyəli layihələrin kommunikasiya planlarını hazırlamaq və uğurla icra etmək.
  • Komanda üzvləri və partnyor şirkətlər vasitəsilə ilhamverici uğur hekayələri yaratmaq və onları media və sosial şəbəkələrdə görünən etmək.
  • Sosial media, media əlaqələri və yaradıcı kampaniyalar vasitəsilə brend imicini gücləndirmək.
  • PR nəticələrini analiz edərək davamlı olaraq yeni yanaşmalar tətbiq etmək.

Axtardığımız bacarıqlar

  • PR, kommunikasiya və ya media sahəsində ən az 4-5 il təcrübə.
  • Güclü strateji düşüncə və yaradıcı kampaniya qurma bacarığı.
  • Media əlaqələri və kontent istehsalında təcrübə.
  • Sosial media trendlərinə və alətlərinə dərindən bələdlik.
  • Azərbaycan dilində yüksək səviyyədə yazı və nitq bacarığı; ingilis dili biliyi üstünlükdür (qlobal layihələrə görə).
  • Yüksək təşkilatçılıq, komanda ilə işləmək və çoxvektorlu layihələri idarə etmək bacarığı.

Təklif olunan şərtlər

  • Yerli və qlobal səviyyədə layihələrdə iştirak imkanı, qlobal brendlərlə əməkdaşlıq və beynəlxalq tədbirlərdə təmsil olunma şansı.
  • Kreativ, gənc və dinamik komanda mühiti.
  • Yaradıcılıq və təşəbbüs üçün açıq iş mühiti
  • Rəqabətqabiliyyətli əmək haqqı.
  • Peşəkar inkişaf üçün imkanlar təqdim edən mühit
  • Əmək haqqı təcrübə və bacarıqlara uyğun olaraq, müsahibə zamanı müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Email başlığı: Senior PR & Brand Influence Lead – Ad Soyadınız

Oxşar vakansiya siyahısı:

Kommunikasiya üzrə mütəxəssis

AzInTelecom MMC Kommunikasiya üzrə mütəxəssis vakansiyasını elan edir. ...

AzInTelecom

11.08.2025 - Bakı

Rəqəmsal marketoloq

Caspian Equipment Company Rəqəmsal marketoloq vəzifəsi üzrə vakansiya elan edir. ...

Caspian Equipment Company

24.07.2025 - Bakı