Qısa məzmun
Caspian Equipment Company Rəqəmsal marketoloq vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil (Marketinq, iqtisadiyyat);
- Digital Marketiq və ya Ticarət marketinqi sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
- Digital Marketinq tədqiqatlarının prinsiplərini və metodlarını bilmək;
- Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolanındır.
Vəzifə öhdəlikləri:
- Digital və Ticarət marketinq strategiyalarının hazırlanması, planlarının hazırlanması və tətbiqi.
- Bazarın və müştəri tələblərinin araşdırılması;
- Brendin tanınmasını artırmaq, satış nöqtələrində satışları artırmaq, marketinq tədbirlərinin effektivliyini yaxşılaşdırmaq;
- Satışın stimullaşdırılması üçün reklam kampaniyalarının və promo tədbirlərinin keçirilməsi.
- Digital Marketinq kampaniyalarının effektivliyinin təhlili və izlənməsi;
- Satış komandası və ticarət nümayəndələri ilə əməkdaşlıq və strategiyaların həyata keçirilməsi;
- Müştərilərdə tələb stimullaşdırmaq üçün aksiyaların və tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi;
- Digital Marketinq kampaniyalarının nəticələri barədə hesabatların hazırlanması;
- Digital Marketinq materiallarının hazırlanması və nəzarət edilməsi: POS-materiallarının, reklam materiallarının və promo-aksiyaların hazırlanması və koordinasiya edilməsi;
- Rəqiblərin izlənilməsi və onların ticarət marketinqi strategiyalarının analizi;
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Binəqədi ray, Mədən küçəsi 4 (Baş Dövlət Tol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
- Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal marketoloq” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Marketing Specialist
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SMM təcrübəçi
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
Маркетолог
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...