Aparıcı Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Ineo Group şirkəti Aparıcı mühasib vakansiyası üzrə namizəd dəvət olunur.

Vəzifə öhdəlikləri:

  • Aylıq kreditor kreditorlar üzrə məlumatların  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Dövriyyə balans cədvəli (DBC) üzərindən bütün mühasibat hesablarının düzgünlüyünün yoxlanılması və analiz olunması.
  • 1C sistem üzrə ay sonu bağlanılması. Gəlir və xərclərin müvafiq qaydada uçota alınmasına nəzarət və yoxlama tədbirlərinin həyata keçirilməsi;
  • Ay sonu bağlanışı prosesində bütün maliyyə əməliyyatlarının düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim edilməsi.
  • Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, ÖMV, DSMF, Statistika və s.) hazırlanması və təqdim edilməsi;
  • Bank köçürmələrinin düzgünlüyünə və vaxtında icrasına nəzarətin həyata keçirilməsi;
  • Zərurət yarandıqda bank qurumlarına aidiyyəti hesabatların təqdim olunmasının təmin edilməsi;
  • Kassa, POS-terminal və obyektlərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması proseslərinin idarə olunması;
  • Maliyyə öhdəliklərinin vaxtında icrası məqsədilə ödəniş planlamasında fəal iştirak;
  • Yerli kreditorlar üzrə müvafiq məlumatların 1C sisteminə daxil olunması və uçotda əks etdirilməsinə nəzarət;
  • Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Namizəd üçün tələblər:

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur (satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir);
  • PMS sertifikatı arzu olunandır;
  • Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
  • 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı;
  • Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik;
  • Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə;
  • Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət;
  • Komanda işi və liderlik bacarıqları
  • Dillər: Azərbaycan dili (səlis), Rus dili (arzu olunandır);

İş şəraiti

  • İş qrafiki: 08:00-17:00, 5/7
  • Əmək haqqı: Əmək haqqı namizədin müsahibə zamanı nümayiş etdirdiyi bilik və bacarıqlara uyğun olaraq müəyyən ediləcək.

Müraciət üçün:

  • Maraqlanan namizədlərdən mövzu sətrində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı