Qısa məzmun
Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
Sağlam Ailə Tibb mərkəzi Xəzinədar vakansiyası elan edir.
Vəzifə və öhdəliklər:
- Nağd pul vəsaitlərinin və qiymətli kağızların, onların muhafizəsi qaydalarına mutləq riayət edilməklə, qəbulu, verilməsi, ucotu və saxlanılması uzrə əməliyyatları həyata keçirir;
- Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparılmasını həyata keçirir, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil, məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılmasını həyata keçirir;
- Kassaya toplanan pulun müvafiq bankdakı hesaba mədaxil edilməsini təmin etmək;
- Mərkəzi bankın təlimatlarına uyğun olaraq, istifadəyə yararsız maliyyə vəsaitlərini tanıyır və belə maliyyə vəsaitlərinin xəzinəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görür;
- Müəssisədə nəğd ödənişlərlə bərabər nəğdsiz ödənişlərin icrasını həyata keçirir;
- Vergi aparatı və pos-terminallardan istifadə.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dili – ana dili, rus dili biliyi – arzuolunandır;
- Təcrübə minimum 1il;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Punktual, aktiv, çevik, ünsiyyətcil, diqqətcil və məsuliyyətli olmalı.
Qeyd:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı 500 azn;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə “Xəzinədar” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...