Qısa məzmun
“GESCO” ASC şirktəti Təchizat üzrə Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şöbənin təmir və texniki xidmət üzrə sifarişçisi olduğu proseslərlə əlaqədar iş sifarişləri və ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
- Baş ofisdaxili tədbirlərin maddi-texniki təminat və təchizatını həyata keçirmək;
- Baş ofisdaxili inventarların cari vəziyyətinə nəzarət etmək;
- Birbaşa rəhbəri tərəfindən ona həvalə edilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə, təhliletmə qabiliyyətinə malik olmalı.
Əlavə məlumat:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri qeyri-iş günləridir);
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik mütəxəssis/Təchizat bölməsi” qeyd edərək, basti.ismayilova@gesco.az elektron poçt ünvanına göndərə bilərlər.
◾Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...