İnsan Resursları üzrə Baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Business Service Centre LTD İnsan Resursları üzrə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Hal hazırda –  İnsan Resursları üzrə aparıcı  mütəxəssis (kadr sənədləşməsi üzrə) axtarışındayıq.

Vəzifə və  öhdəlikləri

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və təsdiqlənməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə  gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • İşçi məlumatlarının 1 C proqram bazasına daxil edilməsi ;
  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • Əmək kitabçalarında  müvafiq qeydlərin aparılması;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi ;
  • İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
  • DƏMX-dən  və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
  • Vəzifə təlimatlarının yazılması;

Xüsusi tələblər

  • Təhsil -Ali təhsil
  • Müvafiq vəzifə üzrə 3-5 il təcrübə;
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini  əla  səviyyədə bilməli
  • Dil bilgiləri-Azərbaycan dili əla,Rus və İngilis dili -arzu olunandır;
  • Yaş həddi 25-40;
  • MS Office (Word, Excel,Outlook-yaxşı);
  • 1 C 8.3
  • Məsuliyyətlilik;
  • Effektiv ünsiyyət;
  • Vaxtın idarə olunması;
  • Problemi həlletmə ;
  • Çeviklik;
  • Detallara xüsusi diqqətlilik;

Əmək Haqqı:

  • 2000-2500 AZN

Müraciət etmək istəyən nazmizədlər CV-ləri Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində  “İnsan Resursları Baş mütəxəssis”  qeyd edərək göndərə bilər.

Oxşar vakansiya siyahısı:

İnsan Resursları üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

29.05.2025 - Bakı

HR Recruite

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies HR Recruite vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

27.05.2025 - Bakı