Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə adı namizədin təcrübə və bilik-bacarığına uyğun olaraq müəyyən olunacaq.

Tələblər:

  • Farmasevtika, tibb və ya əczaçılıq sahəsində ən az 2 il korporativ iş təcrübəsi;
  • Farmasevtika sahəsində ali təhsil;
  • MBA və ya “Healthcare management” istiqaməti üzrə magistr təhsili üstünlükdür;
  • Analitik təhlil və strateji düşünmə qabiliyyəti, habelə müşahidə bacarıqları;
  • Komanda ilə işləmə bacarığı;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • MS Office bilikləri- Word, Excel yaxşı səviyyədə.

Vəzifə öhdəlikləri:

  • Audit layihəsi çərçivəsində tələb olunan məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
  • Sahə üzrə əsas risklərin müəyyən edilməsi və risk əsaslı yoxlamaların həyata keçirilməsi;
  • Departamentin fəaliyyətinə dair  hesabatların hazırlanması və sənədləşmələrin aparılması;
  • Audit proqramına uyğun olaraq audit yoxlamalarında iştirak;
  • Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;

İş şəraiti:

  •  İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  •  5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  •  Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  •  Əməkhaqqı vəzifəyə və təcrübəyə uyğun təyin ediləcək.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı