Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies HR Recruite vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində struktur bölmələrlə əməkdaşlıq edərək cari və gələcək işə qəbul tələbatını müəyyən etmək;
- Hazırlanmış vəzifə profilinə uyğun elan mətnlərinin tərtib olunması;
- Müxtəlif iş axtarış portalları, sosial media platformaları və peşəkar şəbəkələrdə vakansiyaların vaxtında yerləşdirilməsi.
- Daxil olan CV-lərin təhlili və ilkin seçim mərhələsinin həyata keçirilməsi;
- Aktiv axtarış üsullarından istifadə edərək potensial namizədlərin müəyyənləşdirilməsi (headhunting, LinkedIn search, tövsiyə sistemləri və s.);
- Müsahibə qrafiklərinin tərtibi və müvafiq struktur rəhbərləri ilə koordinasiya;
- İlkin və struktur müsahibələrinin aparılması və ya müşayiət olunması.
- Müsahibə mərhələsində olan namizədlərlə müntəzəm əlaqə saxlanılması, onlara proses haqqında məlumat verilməsi;
- İşə qəbul nəticələrinin hesabatlarının hazırlanması və analiz olunması.
- İşə qəbul prosesi ilə bağlı müvafiq məlumat bazalarının (CV bankı, namizəd izləmə sistemləri və s.) yenilənməsi;
Tələblər:
- Ali təhsil (İnsan resursları, psixologiya və ya idarəetmə sahəsində üstünlük verilir);
- HR və ya rekrutinq sahəsində 2 il iş təcrübəsi;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Yaxşı ünsiyyət və analiz qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq.
Bəy namizədlərə üstünlük verilir
İşəgötürən: “İnci Group of Companies” QSC
İş yeri: Bakı şəhəri Ulduz metrostansıyası yaxınlığı
İş rejimi: 08.30-17.30 ( 5 günlük iş qrafiki)
Əmək haqqı: Müsahibə əsasında
Müraciət qaydası:
CV-lərinizi hr.inci@inci.az ünvanına göndərin
Oxşar vakansiya siyahısı:
İnsan Resursları üzrə mütəxəssis
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
HR Team Leader
Norm OJSC HR Team Leader vəzifəsi üzrə vakansiya elan edir. ...