Qısa məzmun
İcbari Sığorta Bürosu Data analitika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması
- SQL sorğularının yazılması və optimallaşdırılması
- Tableau və digər vizuallaşdırma alətlərində hesabatların və dashboard-ların hazırlanması
- Exceldən istifadə edərək məlumatların təhlili və hesabatların hazırlanması
- Sığorta sahəsində statistik və analitik modellərin qurulması
- Məlumatların keyfiyyətinin yoxlanılması və təkmilləşdirilməsi
- Biznes tələblərinə uyğun dataya əsaslanan qərarvermə proseslərinin dəstəklənməsi
- Komanda ilə əməkdaşlıq edərək layihələrdə iştirak etmək
Tələblər:
- Ali iqtisadi təhsili;
- Data analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi
- SQL (PostgreSQL üstünlükdür) üzrə yüksək səviyyəli biliklər
- Tableau alətində dashboard və hesabatların hazırlanması təcrübəsi
- Excel (Power Query, Pivot Table) üzrə biliklər
- Python ilə data analitika və statistik təhlil üzrə biliklər üstünlükdür
- Data modelləşdirmə və sığorta sahəsində təcrübə üstünlükdür
- Analitik düşüncə və problemləri həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.
Oxşar vakansiya siyahısı:
Middle Android developer
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...
Helpdesk
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
1200₼
Şəbəkə inzibatçısıAznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...