Qısa məzmun
Novator HRC MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
B2B Satış Meneceri (Soyuq Satış)
“Novator HRC” komandası olaraq, peşəkar, dinamik və motivasiyalı satış təmsilçiləri axtarırıq! Əgər satış sahəsində karyeranı inkişaf etdirmək, yeni müştərilərlə işləmək və öz potensialınızı reallaşdırmaq istəyirsinizsə, müraciət etməyə dəvət edirik.
Vəzifələr:
- Kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici məhsullar və təmizlik avadanlıqlarının tanıtımı və satışı;
- Yeni müştərilər tapmaq və partnyor şəbəkəsini genişləndirmək;
- Satış planlarını uğurla icra etmək;
- Müştərilərlə görüşlər təşkil etmək, sifarişləri qəbul etmək və məmnuniyyəti təmin etmək;
- Ödənişlərin vaxtında toplanmasına dəstək vermək;
- Yeni məhsulların satış nöqtələrində uğurla təqdimatı;
- Gündəlik satış nəticələri barədə hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil mütləqdir;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil şərtdir;
- Soyuq satış sahəsində 1-3 il təcrübə mütləqdir;
- HoReCa, Səhiyyə və s digər satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür;
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dili bilikləri arzuolunandır;
- Yüksək kommunikasiya və satış bacarıqları;
- Dəqiq, məsuliyyətli və öyrənməyə açıq olmaq.
İş şəraiti və üstünlüklər:
- Rəqabətli əmək haqqı (900-1100 AZN + bonus);
- Yanacaq xərci tam qarşılanır;
- Həftədə 1 gün istirahət;
- Şirkətimiz tərəfindən təşkil olunan peşəkar təlimlər;
- Karyera yüksəlişi və inkişaf imkanları;
- Dostyana və dəstəkçi komanda mühiti.
Bizimlə əməkdaşlıq etmək, yeni uğurlar əldə etmək istəyirsinizsə, şəkilli CV-nizi mövzu hissəsində “Satış Təmsilçisi” yazaraq hr@novatorhrc.com ünvanına göndərin!
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...