Qısa məzmun
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Hacıqabul ( İstehsal )vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə Haqqında:
Biz komandamıza istehsal sahəsində keyfiyyəti təmin etmək üçün təcrübəli Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal sahəsində proseslərə nəzarət etmək, sanitar-gigiyenik qaydaların tətbiq olunmasını təmin etmək və keyfiyyət standartlarına uyğunluğun yoxlanılmasını həyata keçirməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
- Yumurta istehsalı prosesində gündəlik keyfiyyət yoxlamalarının aparılması (xarici görünüş, təmizlik, qabığın möhkəmliyi və s.);
- Qablaşdırma, markalanma və daşınma mərhələlərində keyfiyyətə nəzarət;
- Gündəlik və aylıq keyfiyyət protokollarının, hesabatların hazırlanması;
- Qeyri-standart məhsulların aşkarlanması və səbəblərinin araşdırılması;
- ISO, HACCP və digər qida təhlükəsizliyi standartlarına uyğunluğun təmin olunmasında iştirak;
- Laboratoriya analizləri və mikrob yoxlamalarının nəticələrinə əsasən tədbirlər planlaşdırmaq;
- İşçi heyətə keyfiyyətlə bağlı təlimat və maarifləndirmələrin verilməsi;
- İstehsalat sexləri ilə və aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;
- 6 günlük iş rejimi, 1 gün istirahət ;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Baytarlıq, biotexnologiya, qida mühəndisliyi və ya texniki sahədə ali təhsil;
- Hacıqabul, Şirvan və Sabirabad rayonlarından müraciət edən namizədlərə üstünlük veriləcəkdir;
- Yaş həddi : 21 – 40 yaş yarası;
- Yumurta istehsalı və ya qida sektorunda keyfiyyətə nəzarət üzrə ən azı 1-2 il iş təcrübəsi;
- HACCP, ISO 22000 və digər müvafiq standartlar üzrə biliklər (sertifikat üstünlükdür);
- Dəqiq və məsuliyyətli yanaşma, analitik düşüncə və problem həll etmə bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmə və kommunikasiya bacarığı.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt haciqabulqusculuq.hr@gmail.com ünvanımıza göndərə bilərsiniz