Qısa məzmun
Sea Breeze Resort & Residences Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Sea Breeze Resort “Nikki Beach” lahiyəsi üzrə “Anbardar” vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan sifarişlərin qəbulu;
- Anbara daxil olan malların qəbulu və 1 C proqramına daxil edilməsi
- Sifarış olunan malların restoranlara/obyektlərə göndərilməsi
- Anbar işinin idarə edilməsi, malların qəbulu, onların saxlanılması və uçotunun aparılması;
- Daxil olan yükün qeydiyyat sənədlərinin yoxlamaq və düzgün olmasının təsdiq etmək,
- Anbarın təmiz və səliqəli vəziyyətdə saxlanılması,malların təhlükəsiz vəziyyətdə saxlanılmasında məsuliyyətin daşınması;
- İş gününün əvvəlində və sonunda anbar təftişinin həyata keçirilməsi;
- Anbara daxil olan sifarişləri gecikdirmədən icra olunması;
- Təhvil-təslim proseduruna tam əməl edilməsi;
- Anbarda aparılan sayımlarda iştirak edilməsi və müvafiq hesabatların verilməsi;
- Anbara geri qaytarılan, malların qəbulu.
Tələblər:
- Cins: Kişi;
- Müvafiq sahədə iş təcrübəsi: 2 ilədək (restoran sahəsi üzrə);
- Yaş: 25-40;
- Kompyuter bilikləri: 1C, MS Office(excel,word) proqramları bilməli;
- İngilis dilində yazmaq, başa düşmək və cavab vermək üçün əsas biliklər vacibdir;
- Nizam-intizamli işində dəqiq və məsuliyyətli;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş şəraiti:
- İş müddəti: Sentyabr ayının 15-inə qədərdir;
- Nahar ilə təmin olunur;
- Korporativ nömrə verilir;
- Bakı (Koroğlu metrosu) istiqamətindən iş yerinə servis xidməti mövcuddur;
- İş saatları: 10:00 – 19:00;
- Əmək haqqı: uğurlu namizədin gözləntisi nəzərə alınacaq.
Müraciət forması:
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Nikki beach – Anbardar” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...