Qısa məzmun
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir.
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə zamanı təyin ediləcəkdir;
- İş rejimi: 6 günlük, Həftə içi saat 09:00-18:00, Şənbə günü saat 10:00-16:00, İstirahət günü – Bazar;
- İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
Vəzifə öhdəlikləri:
- Vergi və mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının hazırlanması;
- Qarşılıqlı hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtib edilməsi;
- Mühasibat uçotu ilə bağlı sənədlərin tamlığını və qorunmasını təmin etmək;
- Vergi orqanları ilə yazışmaların aparılması, daxil olan məktubların nəzarətdə saxlanılması;
- Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi (MDSS, ÖMV, ƏDV, Mənfəət vergisi);
- Debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, gəlir və xərclərin uçotunun aparılması;
- Əmək haqqı, ezamiyyə və son haqq-hesabların düzgün hesablanması və ödənilməsinə nəzarət;
- Mühasibat və vergi hesabatlarının tərtib edilməsi və aidiyyəti qurumlara təqdim olunması;
- Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı tapşırıqlarının dəqiq və vaxtında icra edilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə-mühasibatlıq sahəsi üzrə);
- Mаliyyə sаhəsi üzrə 5 (beş) ildən аz оlmаyаrаq iş təcrübəsi;
- Beynəlxalq maliyyə standartlarını bilmək: ACCA, AFCA, CIMA, PMS sertifikatları üstünlükdür;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” başlığı qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...