Qısa məzmun
PASHA Technology Satınalmalar departamentinin rəhbəri vəzifəsi üzə vakansiya elan edir.
Əsas öhdəliklər:
- Şəffaflığı, səmərəliliyi və uyğunluğu təmin edən satınalma siyasəti və prosedurlarının hazırlanması və davamlı olaraq təkmilləşdirilməsi (məsələn, CIPS standartları əsasında).
- Təsdiq edilmiş büdcə və əməliyyat ehtiyaclarına əsaslanaraq illik satınalma planının hazırlanması və idarə edilməsi.
- Dəyər baxımından sərfəli, risk baxımından idarəolunan tender proseslərinə rəhbərlik edilməsi.
- Şirkətin müxtəlif kateqoriyalar üzrə əsas təchizatçı və xidməti tərəfdaşları ilə münasibətlərin qurulması və idarə edilməsi.
- Müqavilələrin bağlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət olunması.
- İT və bulud texnologiyaları sahəsində bazar tendensiyalarının, qiymət dəyişikliklərinin və innovasiyaların izlənilməsi.
- Gündəlik satınalma ehtiyaclarının – o cümlədən texniki avadanlıq, proqram təminatı, ofis ləvazimatları, kommunal xidmətlər, təlim və tədbirlərin təşkili – vaxtında və effektiv şəkildə təmin olunması.
- Daxili komandaların satınalma mövzusunda dəstəklənməsi və praktiki həllərin təqdim edilməsi.
- Strateji üstünlüklər olduqda (məsələn, birgə lisenziyalaşdırma) Qrupla birgə satınalma təşəbbüslərində iştirak edilməsi.
- Rolu və məsuliyyətləri aydın olan, yüksək performanslı bir satınalma komandasının formalaşdırılması və ona rəhbərlik edilməsi.
- Xərclərə qənaətin, proseslərin sadələşdirilməsinin və təchizatçı performansının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə davamlı inkişaf təşəbbüslərinin həyata keçirilməsi.
- Şirkət siyasətlərinə (məsələn, İnformasiya Təhlükəsizliyi və İnsan Resursları prosedurlarına) tam uyğunluğun təmin olunmasına nəzarət edilməsi.
- Satınalma fəaliyyəti, əsas göstəricilər (KPI), risklər və qənaət imkanları barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
- Audit və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi.
- ERP sistemində (1C) satınalma ilə bağlı funksionallığın səmərəli şəkildə istifadə olunmasının təmin edilməsi.
- Satınalma modulu üzrə proseslərin optimallaşdırılması, avtomatlaşdırma imkanlarının araşdırılması və tətbiq edilməsi.
- ERP sistemi vasitəsilə satınalma tələblərinin, sifarişlərin, müqavilələrin və təchizatçı performansının izlənilməsinin asanlaşdırılması.
- İstifadəçi tələblərinin toplanması, ERP sistemində funksional inkişaf təkliflərinin formalaşdırılması və texniki komandalarla koordinasiya olunması.
- Satınalma komandasının ERP sistemindən düzgün və effektiv istifadə etməsinin təmin edilməsi üçün təlim və dəstəyin göstərilməsi.
- Proseslərin rəqəmsallaşdırılması və izlənəbilənliyin artırılması məqsədilə yeni həllər üzrə təşəbbüskarlıq göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Biznes, Təchizat Zənciri, İT, Mühəndislik və ya əlaqəli istiqamətlər üzrə bakalavr dərəcəsi (magistr dərəcəsinə üstünlük verilir).
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
- Satınalma sahəsində, o cümlədən həm İT, həm də ümumi satınalma üzrə minimum 7–10 illik iş təcrübəsi.
- Satınalma prosesləri, təchizatçı idarəçiliyi, müqavilə hüququ və büdcə planlaşdırılması üzrə nəzəri və praktiki biliklər.
- CIPS və ya oxşar peşəkar sertifikatların mövcudluğu.
- Mükəmməl strateji təfəkkür, problemi həlletmə və qərar qəbuletmə bacarıqları;
- Münasibət qurmaq və müxtəlif komandalara təsir etmək bacarığı ilə müstəsna ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
- Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...