Qısa məzmun
Azərsilah QSC Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
Əsas vəzifə öhdəlikləri:
- Korporativ vizual üsluba uyğun dizaynların hazırlanması və ardıcıl şəkildə tətbiqi;
- Çap və rəqəmsal platformalar üçün qrafik materialların (kataloq, broşür, təqdimat, sosial media vizualları, promo məhsullar və s.) hazırlanması;
- Brendbook-un tətbiqi və vizual sistemin təkmilləşdirilməsində iştirak;
- Fərqli format və ölçülərdə dizayn ehtiyaclarının çevik və texniki baxımdan düzgün hazırlanması;
- Komanda daxilində yaradıcı əməkdaşlıq və briflərə uyğun funksional dizayn həllərinin işlənməsi;
- Rəhbərlik və müxtəlif şöbələrdən gələn sifarişlər üzrə operativ və dəqiq dizayn təminatı;
- Süni intellekt əsaslı alətlərlə işləyərək dizayn prosesini dəstəkləmək və inkişaf etdirmək;
- Vizual sistemlər və dizayn proseslərinin daha effektiv təşkili üçün strukturlaşdırılmış yanaşmaların tətbiqi.
Tələblər
Texniki bacarıqlar:
- Adobe Illustrator, Photoshop və InDesign proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
- After Effects və ya digər hərəkətli qrafika proqramlarında işləmə bacarığı (üstünlükdür);
- Midjourney, Adobe Firefly, Runway və digər AI əsaslı dizayn alətləri ilə işləmə təcrübəsi;
- RGB və CMYK formatlarına uyğun dizayn prinsipləri və fayl hazırlığı üzrə biliklər;
- Çap və rəqəmsal faylların texniki tələblərə uyğun optimallaşdırılması.
İş prinsipi və yanaşma:
- Estetik zövq, texniki dəqiqlik və detallara diqqət;
- Paralel layihələrlə işləmək və prioritetləşdirmə bacarığı;
- Operativ, məsuliyyətli və açıq kommunikasiya bacarığı;
- Yaradıcı düşüncə və funksional yanaşma ilə komandada işləmək;
- Qlobal dizayn trendlərini izləmək və brend kontekstində uyğun tətbiqetmə.
Təcrübə:
- Minimum 3 illik peşəkar qrafik dizayn təcrübəsi;
- Korporativ və sənaye yönümlü layihələr üzrə təcrübə;
- Peşəkar və müxtəlif formalı işləri əks etdirən portfel təqdimatı.