Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir.
2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
ZƏNG MƏRKƏZİNİN OPERATORU
- İş yeri: Bakı şəhəri (Azure Biznes Mərkəzi)
- İş vaxtı: 5 günlik iş qrafiki
- Əmək haqqı: Namizəddən asılı olaraq dəyişir
- Tabeçilik: Çağrı mərkəzinin rəhbəri
İŞİN TƏSVİRİ
- 24/7 fəaliyyət göstərən 175 “Qaynar Xətt”-inə gələn zəngləri cavablandırmaq;
- Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
- Sifarişi aidiyyatı xidmət bölməsinə yönəltmək;
- Sürücülərinin icrasında olan sifarişlərə nəzarət;
- Zəng mərkəzinə daxil olan sifarişləri qeyri-bərabər olmadan sürücülərə yönəltmək;
- GPS vasitəsi ilə sürücülərin hərəkətinə nəzarət etmək;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
- Minimum təhsil dərəcəsi: Orta;
- Dil bilikləri: Azərbaycan dili – əla;
- Yol-nəqliyyat işinin təşkilini bilməli;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
- Microsoft Ofis Proqramları üzrə bilik (Microsoft Word, Microsoft Excel)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 01.06.2025 – ci il tarixinədək hr@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılma
055-500-94-95
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...