Qısa məzmun
Yelo Bank Kreditlərin monitorinqi şöbəsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi;
- Monitorinq nəticələri ilə bağlı hesabatların hazırlanması;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi;
- Bankın region filiallarına səfər olunması. (zərurət olduqda)
Tələblər
- Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır);
- Mikro kreditlər üzrə 2 illik iş təcrübəsi;
- Analitik düşünmə və təhlil bacarığı;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər;
- Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Office proqramları üzrə sərbəst çalışma bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...