Qısa məzmun
CHAILAB restoranına Administrator axtarılır
Vəzifə öhdəlikləri:
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək
- Sifarişlərin müştərilərə hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək və təmin etmək
- Tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək.
- Müştəri məmnuniyyəti üçün çalışmaq.
- Gündəlik kassaya nəzarət
Namizəddən tələblər:
- Müvafiq sahədə (Lounge meneceri kimi) 1-3 il təcrübə mütləqdir
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-üstünlükdür
- Yaş 30-45
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, Diqqətli, səlis nitqli
- İdarəetmə və problem həll etmə bacarığı olmalı
İş şəraiti:
- Binəqədi rayonu, Səttar bəhlulzadə 23
- Əmək haqqı: 1200 Azn +Bonus
- İş saatı: 15:00-02:00
- Nahar şirkət tərəfindən təmin olunacaq
Müraciət qaydası:
CV-lər e-mail ünvanına göndərilməlidir; hrchailab@gmail.com və ya 0705250610 əlaqə saxlaya bilərlər .
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Oxşar vakansiya siyahısı:
Çağrı mərkəzi üzrə operator
İnci Group Of Commpanies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...