Qısa məzmun
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office);
- Planlama bacarığı,
- Təşəbbüskar,
- Yenilikçi, punktual və kreativ ,
- İşə yaradıcı yanaşma
- Tədqiqat bacarığı,
- Biznes yönümlü ünsiyyət bacarığı
İş haqqında məlumat:
- Şirkətin məqsədlərinə uyğun marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək;
- Reklam, sosial media marketinqi və digər kampaniyaları planlamaq, həyata keçirmək və nəticələrini analiz etmək;
- Məhsul və xidmətlər üzrə bazar tələbatını, rəqabət mühitini və müştəri ehtiyaclarını analiz etmək;
- Brendin tanıdılması və müsbət imicinin formalaşdırılması üzrə işlər aparmaq;
- Rəqəmsal marketinq: SEO, SEM, sosial media platformaları, Google Ads və digər rəqəmsal alətləri effektiv istifadə etmək;
- Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı:1500 AZN.
Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq meneceri” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İctimaiyyətlə əlaqələr üzrə menecer (PR)
LIBRAFF İctimaiyyətlə əlaqələr üzrə menecer (PR) vəzifəsi üzrə vakansiya elan edir. ...