Tibbi koordinator (çağrı mərkəzi)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

  • Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasient şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcminini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
  • Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
  • Müraciət edən və təyinatına məsul şəxsi olmayan pasiyentin müraciət səbəbini dəqiqləşdirir, istək formalaşdırır; ixtisaslı həkimə yönləndirir;
  • Lazım gəldiyində pasientlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
  • İstəyə əsasən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / dar ixtisaslı həkimə yönləndirir).

Namizədə olan tələblər:

  • Tibbi təhsil;
  • Təcrübə tələb olunmur;
  • Dil biliyi: Azərbaycan dili – əla, rus dili – arzuolunandır;
  • Yüksək ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı, stressə davamlılıq.

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • İşçi illik check up paketi ilə təmin olunur;
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibbi koordinator (çağrı mərkəzi)” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı