Qısa məzmun
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
Xüsusi tələblər:
- Ali təhsil;
- Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək.
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Vəzifə təlimatı:
- Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@barkodelectronics.az ünvanına mövzu hissəsində “Mağaza koordinatoru (Xaçmaz)” qeyd etməklə yönləndirmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...