Qısa məzmun
Green City Resort & Residence Front office menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Bütün ön büro siyasəti və prosedurlarına riayət olunmasını təmin edir;
- Qonaq məmnuniyyətini təmin edir və işçilərin səlahiyyətlərinə uyğun olaraq problemləri həll edir;
- Ön büro işçilərinin seçimində iştirak edir. Şöbəyə motivasiya verir və gündəlik əlaqə qurur;
- Ön büro işçilərinin növbə cədvəllərini tərtib edir və onlara nəzarət edir;
- Ön büro işlərini planlaşdırır;
- Otaq vəziyyəti haqqında dəqiq məlumatın qorunub saxlanıldığını və düzgün şəkildə çatdırıldığını yoxlayır;
- Qonaq problemlərini tez, səmərəli və nəzakətlə həll edir;
- Bütün nağd pul, çek nağdlaşdırma və kredit siyasətini tətbiq edir.
Namizədə tələblər:
- İngilis və Rus dillərində sərbəst danışıq və yazışma
- Elektra V5 Program Biliklərinə üstünlük verilir.
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Biznes və ya istirahət mehmanxana müvafiq sahə üzrə rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə təşkilatçılıq və inzibati bacarıqlar;
- Peşəkar qonaq xidməti və problemlərin həlli bacarıqları;
- Problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və təmin etmək
- Diqqətli, mehriban, nəzakətli və xidmət yönümlü şəkildə bütün işçilər və qonaqlarla həm şifahi, həm də yazılı effektiv ünsiyyət qurmalı;
- Qəbul və qeydiyyat əməliyyatlarının bütün aspektləri üzrə mükəmməl bilik;
İş barədə:
- İş vaxtı: həftədə 6 gün;
- Nahar və servis xidməti şirkət tərəfindən qarşılanır
- Əmək haqqı razılaşma əsasında
Maraqlanan namizədlər mövzu yerində “Front Office Menecer” yazmaqla e-mail ünvanına öz CV-lərini göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
HR Recruite
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies HR Recruite vəzifəsi üzrə vakansiya elan edir. ...