Qısa məzmun
Ə/h 1300-1500 AZN. Winter Park Hotel Baku Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Kollektiv ilə işləmə bacarığı olmalıdır.
İş barədə məlumat:
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq) hazırlanması və təqdim edilməsi
- DMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqının hesablanması
- Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
- E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi
- İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək, 6cı gün 09:00-dan 15:00-dək.
- İstirahət günləri bazar günü
Namizədə tələblər:
- Ali təhsil ( Qeyd olunan sahə üzrə İxtisas)
- Azərbaycan dilində mükəmməl danışıq bacarığı, Rus və İngilis dillərində danışıq arzuolunandır.
- Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
- Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
- Kollektiv ilə işləmə bacarığı
- Əmək haqqı 1300-1500 AZN
Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@winterparkhotel.net ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...