Qısa məzmun
Starex Global Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- 1. Şirkətin xidmət və proseslərinin müvafiq yerli və beynəlxalq keyfiyyət standartlarına (ISO 9001 və s.) uyğunluğunu təmin etmək.
- 2. Keyfiyyətli idarəetmə, müştəri məmnuniyyətinin təmin edilməsi ilə bağlı təlimatları, formaları, prosedurları, çeklistlərin hazırlanmasına nəzarət;
- 3. Keyfiyyətli idarəetmə sisteminin qurulması və tətbiqinə dair təqdimatların hazırlanmaq;
- 4. Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- 5. Mövcud iş proseslərini analiz etmək, çatışmazlıqları müəyyənləşdirmək və təkmilləşdirici təkliflər vermək.
- 6. Keyfiyyət idarəetmə sistemi ilə bağlı sənədlərin hazırlanması və tətbiqinə nəzarət etmək.
- 7. İşçi heyətinə keyfiyyət standartları və protokollarla bağlı təlimlər keçirmək.
- 8. Şirkət daxilində mütəmadi daxili keyfiyyət yoxlamalarını keçirmək.
- 9. Müştəri şikayətlərini və keyfiyyət problemlərini analiz etmək, əsas səbəbləri müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə tədbirlər görmək.
- 10. Rəhbərliyə aylıq və illik keyfiyyət hesabatlarını təqdim etmək.
- 11. Müvafiq olaraq Keyfiyyətə Nəzarət prosesi üzrə prosedurların və forma təlimatın hazırlanması;
- 12. Aidiyyəti sahələrdə planlaşdırılmış şəkildə risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması
- 13.Şirkət daxilində Keyfiyyət standartlarına uyğun prosedurların yerinə yetirilməsini tələb etmək və bu prosedurların icrasına birbaşa nəzarət etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (Bakalavr-Magistr)
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı.
- Keyfiyyətə nəzarət sertifikatı üstünlükdür
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...