Qısa məzmun
Avrora Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Satış, marketinq, logistika və digər biznes proseslərindən məlumatların toplanması, emalı və məlumat bazalarının təşkil olunaraq optimallaşdırılması;
- Satış hesabatlarının hazırlanaraq göstəricilərinin bölgələ, satış kanalları, satış komandası və məhsul kateqoriyaları üzrə təhlil edilməsi;
- RFM (Recency, Frequency, Monetary) təhlillərinin icrası və müştəri seqmentasiyasının aparılması;
- İllik, rüblük və aylıq proqnoz və büdcə planlaşdırılması;
- Logistika və təchizat təhlillərinin aparılması;
- Satınalma və tədarük proseslərinin təhlili və optimallaşdırılması üçün tövsiyyələrin hazırlanması;
- Məlumatların vizuallaşdırılması və hesabatların təqdim edilməsi;
- Strateji qərarların təhlillərinin aparılması;
- Risklərin müəyyən edilməsi və optimallaşdırma təkliflərinin verilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- Analitik düşüncə;
- Təqdimat bacarığı;
- MS Office proqramları (Excel, Power BI, PowerPoint, SQL) yüksək səviyyədə.
- Ali təhsil (İqtisadiyyat, Statistika, Biznes İdarəedilməsi)
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- İnglis dili səviyyəsi minimum B1.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes Analitik” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...