Qısa məzmun
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzində aparıcı mütəxəssis / baş mütəxəssis/menecer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- KOB məhsulu üzrə daxil olan kredit sifarişlərinin bankın normativ hüquqi bazasına uyğunluğunu təyin edə bilmək ;
- Sifarişlərin təhlil edilərək müzakirəyə təqdim edilməsini təmin etmək;
- Müzakirəyə təqdim edilən sifarişlərlə bağlı qərarların alınmasında iştirak etmək;
- Satış üzrə əməkdaşların təhlil biliklərinin artırılmasına dəstək vermək;
- Kredit portfelinin keyfiyyətli idarə edilməsi və təqibi;
Tələblər
- Ali təhsil (iqtisadi, maliyyə və dəqiq elmlər üzrə olması arzuolunandır);
- Azərbaycan dilində səlis danışma, yazma bacarığı (xarici dili arzuolunandır);
- Mikro kreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə ən azı 3 il iş təcrübəsi;
- Kompyuter bilikləri (MS.Ofis);
- İqtisadi və biznes təhlillərinin aparılması, baş verə biləcək riskləri qabaqcadan müəyyən edə bilmək;
- Qeyri –standart situasiyalarda qərar verə bilmə;
- Yüksək ünsiyyət qurma;
- Müştərilərin sosial-iqtisadi, maliyyə hesabatlarının təhlil edilməsi;
- Komandada işləyə bilmə bacarığı.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...