Qısa məzmun
Xırman şirkəti Elektrik Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Elektrik mühəndisliyi və ya əlaqəli texniki sahədə ali təhsil.
- Müvafiq sahədə minimum 5-10 il iş təcrübəsi.
- İstehsalat sahəsində minimum 5 il iş təcrübəsi (süd və ya un istehsalı sahəsində təcrübə üstünlükdür).
- Texniki Biliklər və Bacarıqlar:
- Soyuducu kompressor sistemləri ilə iş təcrübəsi və texniki biliklər.
- Pnevmatik sistemlərin quruluşu və iş prinsiplərini anlamaq.
- PLC sistemlərinin proqramlaşdırılması.
- Elektrik sxemlərinin oxunması və yaradılması bacarığı.
- Avadanlıqların nasazlıqlarını diaqnostika etmək və aradan qaldırmaq.
- Aşağı və yüksək gərginlikli elektrik qurğuları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müəssisədə elektrik avadanlıqlarının daim işlək vəziyyətdə olmasını təmin etmək.
- PLC sistemlərini proqramlaşdırmaq, sazlamaq və istismar etmək.
- Soyuducu kompressor və pnevmatik sistemlərin düzgün işləməsini təmin etmək.
- Elektrik nasazlıqlarını tez və effektiv şəkildə müəyyənləşdirib aradan qaldırmaq.
- Yeni avadanlıqların quraşdırılmasını və işə salınmasını həyata keçirmək.
- Texniki sənədləşdirmə və hesabatların hazırlanması.
- İstehsalat proseslərində enerjidən səmərəli istifadəni təmin etmək.
Şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş yeri: Binəqədi yolu 100
- İş qrafiki: Həftəiçi 6 gün
Müraciət qaydası:CV-lərinizi “Elektrik Mühəndisi”vakansiyanın adını qeyd edərək email ünvanına göndərə bilərsiniz.
Əlaqə 0552931339
Oxşar vakansiya siyahısı:
650 — 700 ₼
Fəhlə-operatorƏ/h 650 -700 AZN. "Xırman" Firması Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...