Qısa məzmun
Maple Trading LLC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izlənməsi;
- Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr,daxili hesabatlar, bank köçürmələri və.s);
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
- Kassa uçotunun aparılması;
- Tələb olunan şirkətdaxili statistik hesabatların hazırlanması
- Baş mühasib tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirilməsi.
Vakansiya üzrə tələb olunan texniki və yumuşaq bacarıqlar:
- İşgüzar və məsuliyyətli olmalı ,problemləri həll etmə bacarığı
- Ofis proqramlarından sərbəst şəkildə istifadə etmə bacarığı
- Peşəkar Mühasib Sertifikatının və müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür
- Dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi
- Əmək haqqı : Razılaşma yolu ilə
- İş saatları 09:00 – 18:00 (Şənbə və Bazar istirahət günü)
- Ünvan: Ələsgər Qayıbov 12/22
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...