Qısa məzmun
Finekspertiza Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
3 layihəmiz üçün 3 nəfər Mühasib köməkçisi tələb olunur
Layihələr:
- Masazır
- Ağ şəhər
- 3-cü Mkr dairəsi əraziləri (Rus dili biliyi vacibdir)
Vəzifə Öhdəlikləri:
- Mühasib tərəfindən təyin edilmiş hesabların idarə olunmasında köməkçi rolun icrası.
- Hesablat işlərini bilmək və lazımi əməliyyatların dəqiq icrasını təmin etmək.
- Sənədlərin yoxlanılması, arxivləşdirilməsi və elektron bazaya daxil edilməsi.
- Mühasibat əməliyyatlarının ilkin sənədlərlə icrası.
- Vergi və maliyyə hesabatlarının hazırlanmasında köməklik göstərilməsi.
- Anbar və material uçotu işlərində dəstək.
- İşçilərin əmək haqqının hesablanmasına və digər mühasibat əməliyyatlarına köməklik.
Tələblər:
Vacib Tələblər:
- Ali və ya orta ixtisas təhsili (mühasibat, maliyyə və ya əlaqəli sahə üzrə).
- Hesabların aparılmasında təcrübə və 1C proqramı ilə işləmə bacarığı.
- Rus dili üzrə yaxşı səviyyədə bilik (şifahi və yazılı ünsiyyət üçün vacibdir – yalnız 3-cü layihə üçün).
- MS Excel və Word proqramlarında işləmə bacarığı.
- Diqqətlilik, dəqiqlik və məsuliyyətli yanaşma.
Arzu olunan tələblər:
- Mühasib köməkçisi və ya oxşar vəzifədə əvvəlki iş təcrübəsi.
- Milli mühasibat və vergilər üzrə ilkin biliklər.
Şəxsi Keyfiyyətlər:
- Təlimatlara uyğun işləmə bacarığı.
- Komandada və müstəqil şəkildə işləmə qabiliyyəti.
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı.
İş Şərtləri:
- İş rejimi: 6 günlük iş həftəsi.
- Əmək haqqı: Razılaşma əsasında.
- İş yeri: Hər bir layihə üzrə müxtəlif ərazilərdə:
- Masazır
- Ağ Şəhər
- 3-cü Mkr dairəsi (Rus dili vacibdir).
Maraqlanan namizədlər CV-lərini “Mühasib köməkçisi” başlığı ilə hr@finekspertiza.az
ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...