Qısa məzmun
Hajigabul Poultry Farm Company Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Elektrik
Vəzifə Haqqında:
Biz komandamıza elektrik avadanlıqlarının quraşdırılması, istismarı və texniki baxışlarının həyata keçirilməsi üçün təcrübəli Elektrik axtarışındayıq . Bu vəzifədə sizin əsas məqsədiniz avadanlıqların fasiləsiz işləməsini təmin etmək və meydana çıxan nasazlıqları operativ şəkildə aradan qaldırmaqdan ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İş yeri : Hacıqabul ;
- Elektrik avadanlıqlarının və sistemlərinin quraşdırılması, texniki baxışı və təmiri;
- Elektrik şəbəkələrinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarına uyğun istifadəsini təmin etmək;
- Avadanlıqların dövri baxışını həyata keçirmək və profilaktik tədbirlər görmək;
- Fabrikin istehsalat və inzibati binalarında elektrik sistemlərinin müntəzəm yoxlanışını aparmaq;
- Rəhbərlik tərəfindən verilən texniki tapşırıqları yerinə yetirmək və görülmüş işlər barədə hesabat təqdim etmək;
- Təcili hallarda operativ müdaxilə edərək işin fasiləsizliyini təmin etmək;
- 6 günlük iş rejimi (08:00 – 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
- Şirvan, Hacıqabul ərazisində yaşayan namizədlərə üstünlük verilir.
Tələblər:
- Elektrik sahəsində orta ixtisas və ya texniki peşə təhsili;
- Elektrik sistemlərinin quraşdırılması və təmiri sahəsində ən azı 2 il iş təcrübəsi;
- Yaş həddi : 28-50 yaş arası;
- Elektrik sxemlərini oxuma bacarığı və işə tətbiq etmə təcrübəsi;
- Elektrik təhlükəsizliyi qaydaları və normativləri haqqında biliklər;
- Müasir elektrik avadanlıqlarından istifadə bacarığı;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə qabiliyyəti.
- Hacıqabul, Sabiribad və Şirvan şəhərlərində ərazisində yaşayan namizədlərə üstünlük veriləcək.
Əgər siz Elektrik sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı haciqabulqusculuq.hr@gmail.com elektron poçtuna göndərin.
Oxşar vakansiya siyahısı:
AccessBank Xadimə (Səbail filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Green City Hostes vəzifəsi üzrə vakansiya elan edir. ...
Green City Pizzamen (Pizza ustası) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...