Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Layihə-Satış Meneceri (Maye İnşaat Qarışıqları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- İnşaat qarışıqları (boyalar, astarlar, epoksid döşəmə örtükləri, hidroizolyasiya və s.) haqqında məlumatlı olmaq və bu məhsulları layihələrdə təqdim etmək.
- Müştərilərlə satışyönümlü görüşlər keçirmək və danışıqlar aparmaq.
- Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı möhkəmləndirmək.
- Müştəri tələblərini başa düşmək və onlara uyğun həllər təklif etmək.
- Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq üçün daimi əlaqədə olmaq.
- Satış görüşlərini təşkil etmək, müştəri sorğularını cavablandırmaq və müqavilələr bağlamaq.
- Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və yeni satış imkanlarını müəyyənləşdirmək.
- Məhsul və xidmətlərin bazar tələblərinə uyğun olmasını təmin etmək üçün təkliflər hazırlamaq.
Tələblər:
- İnşaat materialları sahəsində təcrübə və biliklər.
- Satış prosesində təcrübə və müştərilərlə effektiv ünsiyyət bacarığı.
- Yüksək səviyyədə analitik düşüncə və bazar araşdırması bacarığı.
- Müştəriyönümlü yanaşma və müştəri məmnuniyyətinə fokuslanma.
- Komandada işləmə və müstəqil qərar vermə bacarığı.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.az ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...