Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi
İşin təsviri:
- Xarici bazarları məhsul qrupları və hədəf müştəri qrupları üzrə seqmentasiya etmək.
- Fərqli bazarların mal-məhsul strukturlarını araşdırmaq və uyğun strategiyalar hazırlamaq.
- Xarici bazarlar üçün uzunmüddətli marketinq strategiyaları hazırlamaq.
- Bazar dinamikasını izləyərək, rəqabət üstünlüyü təmin edən strategiyalar inkişaf etdirmək.
- Xarici bazarlarda rəqibləri və onların məhsullarını təhlil etmək.
- Rəqabət mühitinə uyğun olaraq marketinq tədbirlərini planlaşdırmaq və həyata keçirmək.
- Marketinq Tədqiqatları və Bençmarkinq: Xarici bazarlarla bağlı tədqiqatlar aparmaq. Beynəlxalq səviyyədə qabaqcıl təcrübələri tətbiq etmək.
- Aparılan işlərin analitik hesabatlarını hazırlamaq.
- Rəhbərliyə müvafiq təkliflər təqdim etmək.
- Məhsulun tanıdılması üçün marketinq planları hazırlamaq.
- Reklam və PR tədbirlərini təşkil etmək və icrasına nəzarət etmək.
- Xarici bazarlarda satış həcmini artırmaq üçün innovativ təkliflər hazırlamaq.
- Satış komandası ilə əməkdaşlıq edərək hədəflərə nail olmaq.
- Xarici bazarlarda PR və reklam fəaliyyətlərini təşkil etmək.
- Şirkətin beynəlxalq imicini gücləndirmək üçün təşəbbüslər həyata keçirmək.
Tələblər:
- Marketinq, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil.
- Beynəlxalq marketinq sahəsində 2-5 il iş təcrübəsi.
- Xarici bazarların xüsusiyyətləri və müştəri davranışları haqqında biliklər.
- Marketinq strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə.
- Analitik düşüncə və hesabat hazırlama bacarığı.
- İngilis və Rus dillərini sərbəst bilmək (digər dilləri bilmək üstünlükdür).
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.az ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İctimaiyyətlə əlaqələr üzrə menecer (PR)
LIBRAFF İctimaiyyətlə əlaqələr üzrə menecer (PR) vəzifəsi üzrə vakansiya elan edir. ...