Qısa məzmun
Azərbaycan Hava Yolları QSC Aparıcı UX/Uİ dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Məhsulun yol xəritəsini, xüsusiyyətlərini və məhsul tələblərindəki dəyişiklikləri anlamaq üçün Məhsul Meneceri ilə sıx əməkdaşlıq etmək;
- Məhsul sahibi və proqramçılarla birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun istifadəçi mərkəzli dizaynların və A/B testlərin yaradılması;
- Şirkət üzrə mövcud olan proseslərin avtomatlaşdırılmış və gələcək üçün planlaşdırılmış proqram təminatlarının dizayn modellərinin hazırlanması;
- Dizayn təkmilləşdirmələri üçün yeni ideya toplamaq məqsədilə istifadəçi araşdırmalarının və istifadəyə yararlılıq testlərinin aparılması;
- Müasir trendləri və informasiya texnologiyalarında olan yenilikləri nəzərə alınaraq Desktop, tablet və mobil formatları üçün Wireframe və Design sisteminə uyğun dizayn çəkmək;
- Dizayn sisteminin yaradılması prosesinə rəhbərlik etmək və icra etmək.
Tələblər
- İş təcrübəsi: UX/Uİ dizayner kimi minimum 2 il iş təcrübəsi tələb olunur;
- Təhsil: Ali təhsil/bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta;
- Üstünlüklər: Xarici vendorla işləmək təcrübəsi;
- Kompüter bilikləri: Figma, FigJam, Adobe Illustrator, Google Analytics.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri – Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Oxşar vakansiya siyahısı:
3D dizayner
3D vizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
Sosial Media Marketinqi üzrə Mütəxəssis
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...