Qısa məzmun
PASHA Bank Qeyri-Maliyyə Risklərinin İdarə Edilməsi şöbəsinin İnsidentlərin İdarə Edilməsi istiqaməti üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Bütün maraqlı tərəflərə, 1-ci müdafiə xəttinə, risk koordinatorlara vaxtında dəstək göstərmək;
- Bütün riskləri və hadisələri aşkarlamaq, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsi və onların risk reyestrə əlavə etmək;
- Bankın yeni və mövcud sənədlərinə və məhsullarına baxış – potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalını yoxlamaq;
- Əməliyyat riskləri ilə əlaqəli Daxili Audit nəticələrinin araşdırılmasında iştirak etmək;
- Xidmət prosesinin yaxşılaşdırılması planı üçün tövsiyələr vermək və lazım gələrsə ən yaxşı təcrübələrini araşdırmaq;
- Risk və İnsident İdarəetmə üzrə əsas risk göstəricilərin qeyd olunmasından və hədəflərə çatdığından əmin olmaq;
- Bankın fəaliyyətinin davamlı monitorinqi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlili;
- Müvafiq hesabatları (Departament daxili və idarə etmə hesabatlarının) hazırlamaq;
- RHI-nin (Risk Sağlamlıq İndeksinin) artması üzrə təkmilləşdirmələr (qeyri-maliyyə risklərinə aid olan hissəsi);
- RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) prosesində dəstək olmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Məzun
- Tələb olunan iş təcrübəsi: Bank və ya BOKT təcrübəsi minimum 2 il
- Daxili Audit və Daxili Nəzarət, Əməliyyat Risklərin idarəedilməsi (üstünlük veriləcək).
- Lisenziya / Sertifikat: Üstünlük verilir
- Xarici dillər: İngilis (upper-intermediate), Rus (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, PowerPoint)
- Məhsul üzrə biliklər: Kart Sistemləri, Flexcube və ya diğər Əsas Bank sistemləri
- Bazar üzrə biliklər: Bank və ya BOKT işi üzrə biliklər
- Başqa tələblər: Əməliyyat Riskləri, Basel 2 tələbləri, Mərkəzi Bank tələbləri, başlanğıc səviyyədə İT bilikləri
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...