Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Camal LTD Company Mal- Material üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi və mühasibat uçotunun aparılmasını bilməlidir.
Namizədə olan tələblər:
- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə);
- İstehsalat sahəsinsə minimum 1 il iş təcrübəsi olmalı;
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
- 1 C 8.3 , MS Office ( Excell-yüksək səviyyədə) proqramlarında işləməyi bilməli;
- Yaş həddi 25-45;
- Satış və anbar arasındakı koordinasiyasını bilməli;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
Namizədin vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
Əmək haqqı namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.
Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən hr@iceland.az ünvanına “Mal-Material üzrə Mühasib” başlığı altında CV göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...