Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Standard Insurance Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək.

Namizəddən tələblər:

  • Ali hüquqi təhsil;
  • Sığorta sahəsində hüquqşunas vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan, rus, ingilis dillərini bilmək;
  • MS Office proqramların bilmək;
  • Komandada işləmək bacarığı;
  •  Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  •  Stressə davamlılıq;

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV hr@standardinsurance.az elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı