Qısa məzmun
Domino’s Pizza Azerbaijan Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir
Namizədə tələblər:
- İş təcrübəsi: Sahə üzrə 6 ay – 1 il iş təcrübəsi arzu olunandır
- Dil bilikləri: Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti, ingilis dili arzu olunanadır
- Komputer bilikləri: MS Word, MS Excel
- Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti
- İşə planlı yanaşmaq bacarığı
- Komanda ilə işləmək bacarığı
İş barədə məlumat:
- Daxil olan zənglərin qəbul olunması, sifarişlərin alınması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurulması
- Növbəli iş qrafiki ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla)
- Şikayət və sorğuları idarə etmək üçün bütün müvafiq məlumatları əldə etmək və aidiyyatı üzrə yönləndirmək
- Müvafiq kampaniyalar barəsində müştəriləri məlumatlandırmaq
- Müraciətlər üzrə gündəlik hesabatların hazırlanması
Sizə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- İşin həcminə görə əlavə bonuslar
- Nahar şirkət tərəfindən verilir
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə nargiz.huseynova.dominos@outlook.com göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...