Satış məsləhətçisi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir

The Entertainer mağazalar şəbəkəsinə aktiv və müştəri yönümlü Satış məsləhətçiləri axtarırıq.Satış məsləhətçisinin vəzifəsinə müştərilərlə xoş ünsiyyət qurmaq ,onların ehtiyaclarını anlamaq, məhsullar haqqında düzgün məlumat vermək,hədəflərə çatmaq və mağazanın satışlarını artırmaq daxildir.

Mağaza ünvanları: Gənclik Mall, Port Baku Mall, Dəniz Mall ,Crescent Mall

Namizədə tələblər:

  • 18-27 yaş arası xanım və bəy namizədlər;
  • Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, rus və ingilis dili arzuolunandır;
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli.

Əsas vəzifə öhdəlikləri:

  • Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarını həyata keçirmək.

İş şərtləri:           

  • İş günü: 6 günlük-növbəli qrafik, həftədə 1 gün istirahət
  • Şirkət tərəfindən uniforma verilir
  • Əmək haqqı 550 AZN + satışdan bonuslar

Təklif edirik:

  • Karyerada yüksəliş imkanları

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az  email ünvanına və ya +994552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı