Satış Mütəxəssisi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bonamed MMC şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Potensial müştərilər ilə əlaqə yaradaraq, onların şirkətə müştəri kimi cəlb edilməsini təmin etmək üçün, şirkət tərəfindən keçirilən təlimdə tam şəkildə öyrədilən məhsul və xidmətlər haqqında məlumatın verilməsi. Həftənin 2 günü öncədən təyin olunmuş ərazi üzrə potensial müştərilərin araşdırılıb müəyyən olunması;
  • Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
  • Müştəri bazası formalaşdırmaq;
  • Səlis, aydın və inandırıcı mətnlər yazmaq;
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həftəlik/aylıq hesabat verilməsi

Namizədə Tələblər:

  • Ali təhsil üstünlükdür;
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı
  • Satış üzrə minimum 1 il iş təcrübəsi.

Şərtlər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
  • İş rejimi: 09:00-dan 18:00-dək;
  • Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
  • Bayramlar qeyri iş günü;
  • Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
  • Əmək haqqı 600-800 AZN (satışa uyğun olaraq 1000-5000 premiya).

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@bonamed.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satış təmsilçisi” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı