Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti Kateqoriya üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Şirkətin strategiyasını və hədəflərini əsas tutaraq iş prosesini həyata keçirmək;
- Kateqoriya daxilində qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini
- aparmaq;
- Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq;
- Məhsulların sifarişlərinin formalaşdırılmaq və təqib etmək;
- Məhsul ehtiyatının (stok) planlanmasını icra etmək və davamlı olaraq anbarla əlaqədə olmaq;
- Qiymət və brend seqmentlərində analizləri aparmaq;
- Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
- Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
- Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
- Alınan malların müvafiq dövlət icra orqanlarının tələblərinə uyğun olmasına nəzarət etmək;
- Ehtiyac üzrə müxtəlif kampaniyalarının təşkili və icrasına nəzarət etmək;
- Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar etmək: qiymət, həcm, keyfiyyət və texniki xüsusiyyət üzrə şərtlər haqqında məlumatlar əsasında satınalma şöbəsinə yönləndirmək;
- Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən etmək və təqdim etmək;
- Məhsullarla bağlı təqdimat və təlimlərin keçirilməsini planlamaq;
- Komandaya rəhbərlik edib iş fəaliyyətlərinə nəzarət etmək;
- Satış komandasını hədəflərə doğru yönəltmək, komandanın motivasiyasını yüksək saxlamaq;
- Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq, biznes, iqtisadiyyat, maliyyə sahələri üstünlükdür)
- Satınalma, kateqoriya sahəsində azı 3 il iş təcrübəsi
- Yüksək səviyyədə MS Office və 1C proqram biliyi
- Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
- Peşakar idarəetmə bacarığı
- Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı
- Mükəmməl Azərbaycan dili biliyi, rus dili və ingilis dili biliyi arzu olunandır.
İş barədə məlumat:
İş yeri: Chinar Park BM, Ə.Rəcəbli küç.
5 günlük iş qrafiki, iş saatları 08:30 – 17:30
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aisco.az elektron ünvanına başlıq
hissəsində “Kateqoriya üzrə menecer“ yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
LIBRAFF İctimaiyyətlə əlaqələr üzrə menecer (PR) vəzifəsi üzrə vakansiya elan edir. ...